Paşinyan Putinlə nəyi müzakirə edib?| Qarabağ, KTMT, Qaz məsələsi

2018/12/12635-1545998549.jpg
Oxunub: 2902     16:00     28 Dekabr 2018    
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan artıq Rusiya Federasiyasına etdiyi səfərdən geri Ermənistana qayıdıb.

Ordu.az xəbər verir ki, o, “Facebook” səhifəsindən etdiyi canlı yayımında bildirib ki, Rusiya prezidenti ilə görüşü iki ölkə arasında gələcək münasibətlərin inkişafına həsr edilib.

“Bu gün keçirilən görüş əlaqələrimizin daha da inkişaf etdirilməsi strategiyası ilə bağlı idi. Əsasən, bu strategiya ətrafında müzakirələrimiz olub. Mən bu məsələdə, yəni iki ölkə arasındakı münasibətlərin inkişafı üçün hansı strateji istiqamət olmalıdır deyə tam anlaşma olduğunu söyləyə bilmərəm, lakin ümumilikdə bu müzakirələr indiyədək aparılmış müzakirələrin yekunu idi. Əslində, ötən səkkiz aya yekun vurduq və iki ölkə rəsmiləri arasında əməkdaşlıq istiqamətini müzakirə etdik. Deməliyəm ki, görüşün mühiti müsbət idi”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının prezidenti ilə görüşləri olduqca tez-tez baş tutur və bu, münasibətlərin xüsusiyyətlərindən xəbər verir. Paşinyan, həmişə olduğu kimi, gündəmdə olan bütün məsələləri müzakirə edə bilmədiklərini qeyd edib.

Suallara toxunan Paşinyan, bu görüşdə Qarabağ məsələsi ilə bağlı heç bir müzakirə aparılmadığını qeyd edib.

“Bu məsələ ilə bağlı hər hansı müzakirə aparılmayıb, KTMT ilə bağlı qısa müzakirə olub. Bizim mövqeyimiz KTMT-nin əsasnaməsinə bu vəziyyəti nəzərdə tutmayan düzəlişlərin edilməsindən, burada institusional həllərə ehtiyacın olmasından ibarətdir. Daha əvvəl dediyim kimi, təşkilatın müttəfiq mahiyyəti haqqında söhbətlər aparılıb. Qaz məsələsi ilə bağlı heç bir qərar yoxdur, qazla bağlı müzakirələr işgüzar qaydada davam edəcək. Əlbəttə ki, bu məsələnin ikitərəfli münasibətlər üçün, hər iki ölkə üçün həssas bir mövzu olduğu qeyd edilib. Ümumiyyətlə, mən bu mövzuda optimistəm və ümid edirəm ki, bizim üçün arzuolunan dəyişiklik olacaq və ya heç bir istənməyən dəyişiklik olmayacaqdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Putin   Qarabağ  


Bizi "telegram"da izləyin